On müxalifət partiyası rəhbərlərinin görüşü olub

On müxalifət partiyası rəhbərlərinin görüşü olub
# 13 avqust 2012 10:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müxalifətdə təmsil olunan 10 partiya rəhbərinin iştirakı ilə görüş keçirilib.

Bu barədə APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bildirib. Y. Bağırzadə qeyd edib ki, ötən şənbə AMİP-in qərargahında keçirilən görüşdə yığıncaqda adıçəkilən AMİP, Dünyəvi Bozqurd, Aydınlar, Böyük Azərbaycan, Demokratik İslam, Açıq Cəmiyyət, Liberal, Xalq Cəbhəsi, Azadlıq və Azərbaycan Demokrat partiyalarının sədrləri və rəhbərliyində təmsil olunan şəxslər iştirak ediblər.

Görüşdə müxalifət partiyalarının əməkdaşlıq perspektivləri müzakirə olunub, təkliflər dinlənilib və ölkədə şəffaf seçki mühitinin formalaşdırılması istiqamətində addımların atılmasına dair razılıq əldə edilib. Vahid ideya, platforma və namizəd məsələsi də müzakirələrin predmeti olub. Görüşdə iştirak edən partiyaların sentyabrın əvvəllərinə qədər normal seçki mühitinin formalaşdırılması ilə bağlı sənəd təqdim etməsi barədə qərar qəbul edilib.

Y. Bağırzadə növbəti görüşün sentyabrın birinci həftəsində keçiriləcəyini də deyib.

Qeyd edək ki, görüş AMİP və Dünyəvi Bozqurd Partiyasının təşəbbüsü ilə keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR