Malidə hərbi üsyanın təşkilatçısı xarici dövlətlərin qoşunlarının ölkəyə göndərilməsinə qarşı çıxıb

Malidə hərbi üsyanın təşkilatçısı xarici dövlətlərin qoşunlarının ölkəyə göndərilməsinə qarşı çıxıb
# 29 aprel 2012 03:34 (UTC +04:00)
Bakı-APA. Malidə hərbi üsyanın təşkilatçısı kapitan Amadu Sanoqo Qərbi Afrika İqtisadi Birliyin (QAİB) qoşunlarının Maliyə göndərilməsinə qarşı çıxıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, keçən həftə QAİB Maliyə qoşun göndərilməsi barədə qərar qəbul edib. Hərbi kontingent bu ölkələrdə siyasi böhranın dinc yolla həll olunmasına nəzarət edəcək. Eyni zamanda QAİB qoşunları Mali hökumətinə ölkənin şimalını ələ keçirmiş tuareq üsyançıları ilə mübarizəyə yardım edəcək.
Formal olaraq Mali hərbiçiləri hakimiyyəti keçid hökumətinə təhvil veriblər. Lakin faktiki olaraq bu Afrika ölkəsində hakimiyyət hərbiçilərin əlindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR