«Xalq Bank»ın mənfəəti kəskin artıb

«Xalq Bank»ın mənfəəti kəskin artıb
# 02 noyabr 2012 10:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin 2012-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 8,982 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün mənfəətindən 4,2 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 12% artaraq 48,215 mln. manat, o cümlədən faiz gəlirləri 6,3% artaraq 41,497 mln. manat, qeyri-faiz gəlirləri 66% artaraq 6,718 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın ümumi xərcləri 4,1% azalaraq 39,233 mln. manat, o cümlədən faiz xərcləri 1,5% azalaraq 19,530 mln. manat, qeyri-faiz xərcləri isə 78% artaraq 19,422 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 14,4% artaraq 21,967 mln. manat, qeyri-faiz zərəri isə 86% artaraq 12,704 mln. manat təşkil edib.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın ölkə üzrə 19 filialı, 36 bankomatı, 152 POS-terminalı və 445 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR