Azərbaycanda dəhşətli qətl törədilib, 1 ailənin 2 üzvü öldürülüb, 2-si isə yaralanıb

Azərbaycanda dəhşətli qətl törədilib, 1 ailənin 2 üzvü öldürülüb, 2-si isə yaralanıb
# 28 aprel 2012 07:58 (UTC +04:00)
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gün saat 17.00 radələrində rayonun Ocaqlı kəndində baş verib. Lənkəran rayonunun Liman şəhər sakini 1981-ci il təvəllüdlü Əsgərov İsmayıl Eynur oğlu Ocaqlı kənd sakini, 1955-ci il təvəllüdlü Xurşud Yadulla oğlu Həsənovun evinə gələrək bıçaqla ona və 3 oğluna - 1981-ci il təvəllüdlü Azərə, 1983-cü il təvəllüdlü Yafərə, 1989-cu il təvəllüdlü Afətə bıçaqla çoxsaylı xəsarətlər yetirib. X. Həsənov və kiçik oğlu Afət hadisə yerində dünyasını dəyişib. Azər və Yafər isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, onların qonşuluğuna yaşayan polis əməkdaşı qətl törədən şəxsi saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. İlkin məlumatlara görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR