Azərbaycanda 77 yaşlı kişi intihar edib

Azərbaycanda 77 yaşlı kişi intihar edib
# 22 avqust 2012 06:41 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda 77 yaşlı kişi intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə rayonun Mazıx kəndində qeydə alınıb. 1935-ci il təvəllüdlü Nuracayev Kahov Hacı oğlu Yaşadığı evin həyətyanı sahəsindəki tövlədə özünü asıb. İntiharın səbəbi məlum deyil. Faktla bağlı Zaqatala rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR