Emin Ağalarovun «Eurovision-2012»-nin final şousunun tərtibatçısı Piter Berddir

Emin Ağalarovun «Eurovision-2012»-nin final şousunun tərtibatçısı Piter Berddir
# 21 aprel 2012 16:11 (UTC +04:00)
APA-nın esckaz.com saytına istinadən yaydığı xəbərə görə, Emin final şousunda mayın 21-də Rusiya və Avropada işıq üzü görəcək «After The Thunder» albomundan bir mahnı ifa etmək fikrindədir. Onun müsabiqədə çıxışı üçün məşqlər aprelin 18-19-da Moskvada keçirilib: «Mən «Eurovision» müsabiqəsinin intervalının birində çıxış etmək şərəfinə layiq görüldüm. Düşünürəm ki, hər şey möhtəşəm, gözəl, maraqlı olacaq».

Bildirilir ki, Eminin final şousunda çıxışında 70 nəfər - 40 rəqqas, 10 musiqiçi və bütöv simfonik orkestr olacaq, müğənninin çıxışı isə 8 dəqiqə çəkəcək. «Eurovision-2012» tamaşaçıları ilk dəfə onun yeni sinqlı ilə tanış ola biləcək və möhtəşəm şounu izləmək imkanı əldə edəcəklər. Şouda Azərbaycan milli musiqi alətlərindən, əsrarəngiz kostyumlardan və işıq effektlərindən istifadə olunacaq.

Şounun tərtibatçısı Piter Berddir. O əvvəllər BBC-də «New Millenium Show», «Deep Purple», «Russian Winter Festival» kimi nəhəng layihələrdə işləyib. Həmçinin, Britaniyanın kral ailəsi ilə bağlı layihələrdə çalışıb. Apreldə isə P.Berd Moskvaya gələrək Eminin məşqlərini izləyib və fikirləri ilə bölüşüb: «Bu, həqiqətən də möhtəşəm, əvvəllər televiziyada işlədilməyən bir tərtibat olacaq. Eminin şousu hamını valeh edəcək. Bu cür musiqi müsabiqəsinin hazırlıq prosesində iştirak edəcəyimdən çox məmnunam».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR