Azərbaycan paralimpiyaçıları Vətənə qayıdıblar

Azərbaycan paralimpiyaçıları Vətənə qayıdıblar
# 12 sentyabr 2012 08:06 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, nümayəndə heyətini gətirən təyyarə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

6 idman növündə 21 idmançı ilə təmsil olunan millimiz qəhrəman kimi qarşılanıb. Hava limanına toplaşanlar arasında idman ictimaiyyəti, azarkeşlər və onların qohumları olublar.

Qeyd edək ki, yığmamız Londonda 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanaraq, komanda hesabında 27-ci yeri tutublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR