Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilib

Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilib
# 10 may 2012 13:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisdə (MM) Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev – Xatirə zalı” adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə MM-in spikeri Oqtay Əsədov, sədr müavinləri, komitə sədrləri, deputatlar iştirak edib.

O. Əsədov çıxışında Heydər Əliyevin müstəqil Azərbaycanın tarixində oynadığı roldan danışıb. O, 5 il əvvəl MM-də Heydər Əliyevə həsr olunmuş “Xatirə zalı”nın yaradıldığını bildirib və kitabda “Xatirə zalı” ilə bağlı materialların toplandığını qeyd edib: “Ötən 5 ildə “Xatirə zalı”nı 150 nümayəndə heyəti ziyarət edib”.

Tədbirdə MM Aparatının rəhbəri Səfa Mirzəyev, Yeni Azərbaycan Partiyası İcra (YAP) icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, MM-in komitə sədrləri Arif Rəhimzadə, Hadı Rəcəbli və Eldar İbrahimov, deputatlar Fəttah Heydərov, Rafael Hüseynov, Rövşən Rzayev və başqaları çıxış edərək Heydər Əliyevlə bağlı ürək sözlərini söyləyiblər.

Qeyd edək ki, “Heydər Əliyev – Xatirə zalı” Azərbaycan və ingilis dillərindədir. Kitabın məsul redaktoru və ön söz müəllifi Oqtay Əsədov, tərtibçiləri isə Səfa Mirzəyev və Hafiz Babayevdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR