Honkonqda bərə ilə katerin toqquşması nəticəsində 36 nəfər ölüb

Honkonqda bərə ilə katerin toqquşması nəticəsində 36 nəfər ölüb
# 02 oktyabr 2012 04:28 (UTC +04:00)
Bakı-APA. Honkonqda bərə ilə katerin toqquşması nəticəsində 36 nəfər ölüb, 100 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Honkonqa aid olan
Lama adası yaxınlığında baş verib. Gəzinti katerində 124 nəfər olub. Toqquşmadan dərhal sonla kater batıb. Göyərtəsində onlarla insan olan bərə suyun üzərində qala bilib.
İnsident nəticəsində yüz nəfər xəstəxanaya çatdırılıb, yaralılardan 9-unun vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisənin səbəbləri aydınlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR