Meksikada 200 nəfər tələbə aksiyaları iştirakçısı həbs olunub

Meksikada 200 nəfər tələbə aksiyaları iştirakçısı həbs olunub
# 29 aprel 2012 02:27 (UTC +04:00)
Bakı-APA. Meksika polisi Miçoakan ştatının Moreliya şəhərində bir neçə gün ərzində iğtişaşlar törədən tələbələrə qarşı aktiv tədbirlər görməyə başlayıb.
APA-nın RİA Novosti saytına istinadən verdiyi xəbərə görə, polis 200 nəfər aksiya iştirakçısını həbs edib. Polislə toqquşmalarda 7 tələbə və 14 polis əməkdaşı xəsarət alıb. Qeyd edək ki, bir necə gün əvvəl tələbələr şəhər rəhbərliyindən avtobus və bir necə maşın tələb ediblər ki, ştatın ucqar bölgələrinə və qonşu ştatlara gedib orada Miçoakan universitetinə yeni qəbulun başlamasını elan etsinlər.
Şəhər rəhbərliyindən dəstəyi ala bilməyən tələbələr bir neçə küçəni bağlayıblar, iki avtomobili yandırıblar, polisə daş və dəmir əşyaları atıblar. İğtişaşları yatırtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR