Azərbaycan Qarabağ bölgəsində beynəlxalq aeroport inşa edə bilər
28 sentyabr 2012 11:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, təklifin müəllifi «R&R» turizm şirkətinin rəhbəri Rüstəm Əhmədov bildirib ki, Azərbaycanın bir sıra bölgəsində beynəlxalq səviyyəli aeroportlar fəaliyyət göstərir. Lakin Qarabağ regionunda indiyədək hava limanı mövcud deyil və bu çatışmazlığı aradan qaldırmaq vacibdir. Qarabağ siyasətini dəstəkləmək, eləcə də ermənilərin Xankəndi aeroportunu işə salmaq planlarına cavab olaraq R.Əhmədov Ağcabədi rayonunda Qarabağ beynəlxalq aeroportun yaradılmasını təklif edib.
R.Əhmədov onu da qeyd edib ki, hava limanının inşası bölgədə yeni iş yerlərinin yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə kömək etməklə yanaşı, həm də Qarabağın Azərbaycanın nəzarəti olan hissəsində – Aran Qarabağda beynəlxalq səviyyəli mədəni kütləvi tədbirlərin keçirilməsinə imkan verəcək.
R.Əhmədovun sözlərinə görə, hava limanının yaradılması və bu aeroportu beynəlxalq rezervasiya sistemlərinə daxil edilməsi Qarabağın Azərbaycana məxsus olduğunu beynəlxalq aləmdə təsdiqlənməsinə dəstək verər. Eləcə də ermənilərin Qarabağı öz əraziləri kimi qələmə vermək cəhdlərinin qarşısını alar.

İnfrastruktur
Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq edib
11:11
6 may 2024
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib
17:19
3 may 2024
Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir! Bu kompleksin sakinləri üçün şad xəbər! - VİDEO
15:52
3 may 2024
Kəlbəcərdə velosiped yolları salınacaq
11:54
3 may 2024