Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar yanvar-sentyabr aylarında 4,563 mlrd. manat çatıb

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar yanvar-sentyabr aylarında 4,563 mlrd. manat çatıb
# 10 oktyabr 2012 13:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə təmin olunan vergi daxilolmalarının həcmi 4 562 764,5 min manat təşkil edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergi daxilolmalarının 37,2%-i mənfəət vergisi, 24%-i əlavə dəyər vergisi, 12,9%-i fiziki şəxslərin gəlir vergisi, 8%-i aksizlər, 17,9%-i isə digər vergilərin payına düşüb.

Qeyri-neft sektoru üzrə 2 462 265,1 min manat vəsait büdcəyə daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,1% çoxdur.

Yanvar-sentyabr aylarında ölkə üzrə 54 939 vergi ödəyicisi qeydiyyata alınıb, oktyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 467 244 olub.

Yanvar-sentyabr ayları ərzində ölkə üzrə elektron formada göndərilən bəyannamələrin xüsusi çəkisi 90,2% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR