Arif Hacılı: “Əbülfəz Elçibəydən sonra Azərbaycan demokratik düşərgəsinin lideri İsa Qəmbərdir”

Arif Hacılı: “Əbülfəz Elçibəydən sonra Azərbaycan demokratik düşərgəsinin lideri İsa Qəmbərdir”
# 29 avqust 2012 11:46 (UTC +04:00)
Eyni zamanda, o, Əbülfəz Elçibəydən sonra Azərbaycan demokratik düşərgəsinin lideridir. İsa Qəmbər iştirak etdiyi prezident seçkilərində də ciddi uğur qazanmış siyasi xadimdir. Bu baxımdan, onun prezident seçkilərində iştirak edəcəyini, namizəd olacağını bəyan etməsi tamamilə təbiidir”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın üzvü, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, İsa Qəmbər “mən vahid namizəd olacağam” ifadəsini işlətməyib: “İsa bəy “prezident seçkilərində iştirak edəcəyəm” deyib. Bununla belə, şübhə etmirəm ki, İsa Qəmbər 2013-cü il prezident seçkilərində bütün müxalifətin vahid namizədi olmayacaqsa belə, elektoratının əksərinin səsini almağa nail olacaq. Bu baxımdan, İsa Qəmbərin dediklərinin guya hansısa qərarlara zidd olması barədə fikirlərin səslənməsini yanlış hesab edirəm”.

Xatırladaq ki, İP Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər “Azadlıq” radiosuna müsahibəsində gələn il keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətini açıqlayıb: “2013-cü il seçkilərində iştirak etmək niyyətindəyəm. Mənə səs verəcək insanların ümidlərini doğruladacağam”.

İP üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında İ. Qəmbərin bu hərəkətinin İP-in müvafiq qərarına zidd olduğunu bildirib. O, İ. Qəmbərdən prezidentliyə namizədlik məsələsi barədə dediklərinə aydınlıq gətirməsini istəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR