Mark Tsukerberq: “Facebook çətin dövrünü yaşayır”

Mark Tsukerberq: “Facebook çətin dövrünü yaşayır”
# 05 oktyabr 2012 00:25 (UTC +04:00)
Bakı-APA. Facebook istifadəçilərinin sayının 1 milyardı keçməsinə baxmayaraq şirkət çətin dövrlər yaşayır. Bu barədə dünyanın ən iri sosial şəbəkəsinin rəhbəri Mark Tsukerberq bəyan edib.

«Şübhəsiz ki, indi bizim çətin dövrümüzdür. Əlbəttə, buna görə əhvalımız yaxşı deyil”, deyə Tsukerberq televiziya ilə çıxışında bildirib.

28 yaşlı milyarderin sözlərinə görə, şirkətin 4 min işçisinin hamısı şəbəkənin vəziyyətinin yaxşı olmadığını başa düşürlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR