Zərdabda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası olub

Zərdabda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası olub
# 12 oktyabr 2012 19:27 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, “Mercedes” markalı minik maşını ilə VAZ – 21014 markalı minik maşını toqquşub.

Nəticədə ”VAZ – 21014”in sürücüsü və ”Mercedes” markalı maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan 2 nəfər Ağcəbədi rayon xəstəxanasına, ikisi isə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Zərdab Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlər Ağcəbədi rayon sakini, 1980 –cı il təvəllüdlü Cəfərov Yasən Famil oğlu və Zərdab rayonunun Sarıqaya kənd sakini, 1973 – cü il təvəllüdlü Abbasov Aqşin Firudin oğludur.

Y. Cəfərova ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. A. Abbasov isə Ucar Mərkəzi Rayon Xəstəxanasına göndərilib. O, Ucar Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR