Bir neçə partiyanın Gənclər təşkilatı Nigar Yaqublunun həbsinə etiraz edir

Bir neçə partiyanın Gənclər təşkilatı Nigar Yaqublunun həbsinə etiraz edir
# 03 oktyabr 2012 12:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda fəaliyyət göstərən bir neçə partiyanın Gənclər təşkilatı Nigar Yaqubli ilə bağlı bəyanat yayıb. APA-ya daxil olan bəyanatda Nigar Yaqublunun barəsində seçilmiş həbs qət-imkan qərarı pislənir, ən qısa zamanda onun barəsində verilən qərarla bağlı hüquqi ədalətin bərpa edilməsini və gənc fəalın azadlığa buraxılmasını tələb edilir: “Hesab edirik ki, baş vermiş avtomobil qəzası ilə bağlı hüquq-mühafizə orqanlarının verdiyi açıqlamalar qərəzlidir. Nəzərə almaq lazımdır ki, Nigar Yaqublunun özünün və yaxın qohumlarının siyasi fəaliyyətlə məşğul olması, həmçinin aktiv ictimai-siyasi proseslərdə iştirak etməsini də nəzərə alsaq, bu qərarın nə qədər ədalətli olub-olmaması bizlərdə böyük narahatlıq doğurur”.

Bəyanatda məhkəmə qərarına yenidən baxılması, həmçinin ictimai-siyasi həyatı gərginləşdirməmək üçün bu məsələyə daha diqqətlə yanaşılması xahiş olunur: “Nigar Yaqublu haqqında sərt qərarın dəyişdirilməməsi gənclər təşkilatları olaraq bizi narahat edir. Bundan sonrakı addımlarımızda Azərbaycanın milli mentalitetinə uyğun olmayan hala və hüquq tariximizdə belə bir presedentin yaranmasına etiraz edərək öz fəaliyyətimizi daha sistemli şəkildə aparacağımızı, gənclər təşkilatları olaraq kütləvi etiraz aksiyalarına başlamaq barədə qərar verəcəyimizi bəyan edirik”.

Bəyanata Müsavat Gənclər Təşkilatı, ADP Gənclər Təşkilatı, VHP Gənclər Təşkilatı, AXCP Gənclər Komitəsi, KXCP Gənclər Təşkilatı, Bütöv Azərbaycan Gənclər Təşkilatı, Milli Fikir Mərkəzi, ACP Gənclər Təşkilatı, EL Gənclər Hərəkatı imza atıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR