Ukraynanın «Eurovision-2012» təmsilçisinin səsi batıb

Ukraynanın «Eurovision-2012» təmsilçisinin səsi batıb
# 26 aprel 2012 08:52 (UTC +04:00)
APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, qaradərili ukraynalı müğənni bütün konsertləri təxirə salıb və müsahibələr vermir. Bildirilir ki, Qaytananın bu halla qarşılaşması ilk dəfə deyil. Müğənni milli finalda qalib olandan sonra da səs telləri ilə bağlı problemlər yaşayıb. Müsabiqə öncəsi Qaytana xüsusi prosedurlara da gedir, amma nəticə barədə hələlik heç nə deyilmir.

Qeyd edək ki, eyni problemlə Ukraynanı 2010-cu ildə sözügedən yarışmada təmsil edən Alyoşa də qarşılaşmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR