Bakıda dönər satışı ilə bağlı monitorinqlər aparılacaq

Bakıda dönər satışı ilə bağlı monitorinqlər aparılacaq
# 16 oktyabr 2012 11:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ilə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sabah Bakıda dönər satışı ilə bağlı monitorinqlərə başlayacaq. Bu barədə APA-ya RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, dönər istehsalında keyfiyyətsiz və mənşəyi məlum olmayan ətlərdən istifadə və sanitariya qaydalarının kobud şəkildə pozulması hallarına rast gəlinir. İ.Abdullayev deyib ki, çiy dönərin hazırlanması üçün gigiyenik və uyğunluq sertifikatının olması vacibdir. Monitorinqlər zamanı həmin sənədlər yoxlanılacaq və həmçinin müayinələrin aparılması üçün çiy və bişmiş dönərlərdən nümunələr götürüləcək: “Sertifikatı olmayan müəssisələr və sahibkarlar dönər kababının satışı ilə məşğul ola bilməyəcəklər. Belə müəssisələrin fəaliyyəti dayandırılacaq”.

İ.Abdullayev onu da qeyd edib ki, DSMPDK tərəfindən bişmiş dönər kababının texniki şərtləri hazırlanıb: “Biz də komitəyə öz təkliflərimizi vermişik. Yaxın günlərdə həmin standartlar qəbul olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR