NATO Azərbaycanda həyata keçirilən minatəmizləmə proqramlarına dəstək göstərəcək

NATO Azərbaycanda həyata keçirilən minatəmizləmə proqramlarına dəstək göstərəcək
# 30 iyun 2012 10:33 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında NATO-nun Cənubi Qafqaz ofisinin rəhbəri Vilyam Lahue bildirib.

V. Lahuenin sözlərinə görə, Azərbaycanda NATO-nun dəstəyi ilə bir sıra layihələr, o cümlədən unikallığı ilə seçilən «Saloğlu» partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi layihəsi həyata keçirilib. NATO-nun dəstəyi ilə Azərbaycan mütəxəssisləri Gürcüstan minaaxtaranlarının öyrədilməsi ilə məşğul olublar.

«Bizimi ANAMA ilə yaxşı münasibətlərimiz var və artıq bu qurum mina təmizləmə sahəsində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib», - deyə NATO nümayəndəsi vurğulayıb.

V. Lahue NATO-nun bu yaxınlarda Azərbaycanda start verilmiş «Ceyrançöl» layihəsinə maliyyə dəstəyi verdiyini də söyləyib. Onun sözlərinə görə, adıçəkilən layihənin maliyyəsinin 50 faizi NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu, həmçinin üzv və tərəfdaş ölkələrin yardımları hesabına maliyyələşəcək: «Bu, miqyasına görə böyük layihədir. Hesab edirik ki, «Saloğlu»nun davamı olaraq həyata keçirilən «Ceyrançöl» layihəsi bölgənin sosial-iqtisadi inkişafına təkan olacaq».

NATO nümayəndəsi gələcəkdə Azərbaycanda həyata keçiriləcək digər analoji layihələrə Alyansın dəstək verə biləcəyini söyləyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR