Azərbaycanın xalq artisti Siyavuş Aslanın 77 yaşı tamam olur

Azərbaycanın xalq artisti Siyavuş Aslanın 77 yaşı tamam olur
# 05 sentyabr 2012 08:46 (UTC +04:00)
APA-nın məlumatına görə, S. Aslanın 77 yaşı tamam olur.

Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996). Görkəmli aktyor televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Siyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR