Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssislərinə daxil olanların qeydiyyatı başa çatıb

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssislərinə daxil olanların qeydiyyatı başa çatıb
# 14 sentyabr 2012 14:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssislərinə daxil olanların qeydiyyatı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, orta ixtisas təhsili müəssisələrinə daxil olanların qeydiyyatına sentyabrın 5-dən başlanılıb. Qeydiyyat üçün müəyyən olunan müddətdə abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməli idilər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Qeyd edək ki, 2012-2013-cü tədris ili ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə 10215 nəfər qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR