Azərbaycanın Qəbələ rayonunda qar uçqununa düşmüş şəxslərin cəsədləri tapılıb

Azərbaycanın Qəbələ rayonunda qar uçqununa düşmüş şəxslərin cəsədləri tapılıb
# 07 aprel 2012 07:48 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə 04 aprel 2012-ci il tarixində, günün ikinci yarısında daxil olan məlumata əsasən, Qəbələ rayonu Vəndam kəndinin 3 sakini - 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu 30 mart 2012-ci il tarixində ov etmək məqsədilə dağa gediblər və geri qayıtmayıblar. Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər.

Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasiaya dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, həmçinin xüsusi təlim keçmiş itləri hadisə rayonuna cəlb olunublar. Aparılmış əməliyyat xilasetmə işləri nəticəsində 07 aprel 2012-ci il tarixində itkin düşmüş şəxslərin cəsədləri səhər saat 09:30 radələrində Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR