İranda Valentin Gününə aid hədiyyələr qadağan edilib

İranda Valentin Gününə aid hədiyyələr qadağan edilib
# 26 yanvar 2013 21:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran İslam Ali Mədəni İnqilab Şurası 14 fevral Sevgililər Gününə (Valentin Günü) həsr olunmuş, üzərində həmin günə aid nişanələr olan hədiyyələrin (aksesuar və digər əşyaların) ölkəyə idxalını qadağan edib. APA-nın “Digarban” saytına istinadən məlumatına görə, şura islam dəyərlərinə zidd olduğu və yad mədəniyyətin təsirindən qorumaq üçün belə bir qərar qəbul edib. Qurum icra edilməsi üçün qərarı məktub şəklində İranın dövlət gömrük təşkilatlarına göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR