Bank Of Baku

İlin ən yaxşı boksçusu məlum oldu

İlin ən yaxşı boksçusu məlum oldu
# 12 dekabr 2008 12:22 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2008-ci ilin ən yaxşılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, fərqlənənlər sırasında həmyerlimiz yoxdur.

AİBA-nın tədbiri Moskvanın “Crown Plaza” otelində keçirilib. Xüsusi komissiya Pekin Olimpiadasının qalibi, monqolustanlı Enhbatın Batar-Uurqanı 2008-ci ilin ən yaxşı kişi boksçusu elan edib. Qadınlar arasında irlandiyalı dünya çempionu Keti Teylor AİBA-nın mükafatına sahib çıxıb. Qurum, həmçinin Li Tsinşeni (Çin) ən yaxşı hakim, Pedro Roke Otanonu (Kuba) isə ən yaxşı məşqçi seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR