Bank Of Baku

Azərbaycan yığmasının üzvü Təvəkkül Bayramov Avropanın ən yaxşı taekvondoçusu seçilib

Azərbaycan yığmasının üzvü Təvəkkül Bayramov Avropanın ən yaxşı taekvondoçusu seçilib
# 26 yanvar 2009 10:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının üzvü Təvəkkül Bayramov 2008-ci ildə Avropanın ən yaxşı taekvondoçusu seçilib. Bu barədə apasport.az saytına milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, həmvətənimiz Avropa Taekvondo İttifaqı (ETU) tərəfindən bu ada layiq görülüb.

Təvəkkül ötən il müxtəlif beynəlxalq turnirlərdə qalib gəldiyi üçün qitənin ən yaxşı taekvondoçusu olub. O, sonuncu dəfə Almaniyada “A” kateqoriyalı beynəlxalq yarışda qızıl medal qazanmışdı. ETU rəhbərliyi 27 yaşlı idmançımıza qarşıdakı turnirlərin birində xüsusi kubok verəcək.

Qeyd edək ki, Bayramov 2007-ci ildə keçirilmiş dünya çempionatının gümüş mükafatçısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR