Bank Of Baku

Azərbaycan prezidenti Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidentini qəbul edib

Azərbaycan prezidenti Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidentini qəbul edib
# 27 fevral 2009 17:14 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti Ennio Falsonini qəbul edib. APA-nın məlumatına görə, Ennio Falsoni Azərbaycanda idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzundan danışan qonaq bir sıra mötəbər beynəlxalq yarışların keçirilməsi üçün Azərbaycanda əlverişli imkanın olduğunu söyləyib.

Prezident İlham Əliyev Azərbaycanda idmanın bütün növlərinə dövlət tərəfindən yüksək diqqət göstərildiyini, gənclərin fiziki sağlamlığı üçün ölkəmizin hər yerində lazımi idman infrastrukturunun yaradıldığını bildirib.

Dövlət başçısı Kikboksinq Təşkilatları Dünya Assosiasiyası ilə Azərbaycanın müvafiq idman qurumlarının əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR