Bank Of Baku

Azərbaycanlı məşqçi ağır virusa yoluxub

Azərbaycanlı məşqçi ağır virusa yoluxub
# 06 mart 2009 08:36 (UTC +04:00)
Bakı – APA. Azərbaycan cüdo yığmasının sabiq üzvü Mehman Əzizov ağır xəstəliyə düçar olub. Bu haqda apasport.az saytına məlumat verən Əzizovun sözlərinə görə, onda Hepatit C virusu aşkarlanıb.

Veteran idmançı bir müddət öncə Rusiyanın paytaxtı Moskvada müayinədən keçib. Həkimlər Əzizovun Bakıda müalicə olunması barədə rəy veriblər. Ancaq müalicə 33 yaşlı cüdoçuya asan başa gəlməyəcək: “Səhhətim yaxşılaşacaq. Sadəcə, müalicə olunmalıyam. Sağ olsun Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, müalicə xərcini öz üzərinə götürüb. Buna görə, Füzuli müəllimə dərin minnətdarlığımı bildirirəm”.

Hazırda məşqçi kimi fəaliyyət göstərən Əzizov 3 dəfə - 2000-ci, 2004-cü və 2008-ci ildə keçirilmiş yay olimpiya oyunlarında iştirak edib. Onun olimpiadalarda göstərdiyi ən yüksək nəticə 5-ci pillədir. Əzizov ötən ilin payızından, Pekin Olimpiadasındakı uğursuzluqdan sonra məşqçi işləməyə başlayıb.

Qeyd edək ki, Hepatit C ağır qaraciyər xəstəliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR