Bank Of Baku

Qaydasız döyüş üzrə dünya çempionu: “Azərbaycan idmançısı centlmenlik etdi”

Qaydasız döyüş üzrə dünya çempionu: “Azərbaycan idmançısı centlmenlik etdi”
# 17 mart 2009 13:35 (UTC +04:00)
Bakı – APA. Qaydasız döyüş üzrə dünya çempionu, rusiyalı Fyodor Yemelyanenko Azərbaycan cüdo yığmasının sabiq üzvü Mehman Əzizovun ünvanına xoş sözlər söyləyib. Apasport.az saytının məlumatına görə, 2003-cü ildən indiyədək keçirdiyi bütün döyüşlərdə qalib gələn “Axırıncı İmperator” ləqəbli idmançı həmvətənimizin 2004-cü ildə əsl centlmenlik nümayiş etdirdiyini bildirib.

Rusiyalı cüdoçu Dmitri Nosovun Afina Olimpiadasında bürünc medal qazandığını xatırladan Yemelyanenko bunları deyib: “Dimaya əhsən! Onun əli sınsa da, Afinada bürünc medal qazanmışdı. Amma mən bildiyimə görə, rəqib cüdoçu Mehman Əzizovun Nosovun zədəsindən xəbəri var imiş. Bunu nəzərə alan Əzizov centlmenlik edərək, tək əllə güləşmək qərarına gəlib. Halbuki, Mehmanın yerində başqası olsaydı, Dimanı dərhal fəndə salar və asanlıqla qələbə qazanardı”.

Qeyd edək ki, hazırda məşqçi kimi fəaliyyət göstərən Mehman Əzizov 2004-cü Afina Yay Olimpiya Oyunlarında 3-cü yer uğrunda görüşdə məhz Nosova uduzaraq, medalsız qalmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR