Bank Of Baku

Azərbaycan güləş yığması Avropa çempionatında 5 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb

Azərbaycan güləş yığması Avropa çempionatında 5 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb
# 06 aprel 2009 08:03 (UTC +04:00)
Litvanın paytaxtı Vilnüsdə keçirilən sərbəst güləş, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirə 19 pəhləvanla qatılan Azərbaycan yığması ümumilikdə 5 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Çempionatın son günlərində qüvvəsini sınayan yunan-Roma güləşçilərimizdən yalnız Şalva Qadabadze (84 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medala layiq görülüb. Digər “klassik”lərimiz - olimpiya çempionu Fərid Mansurov (66 kq), Pekin Olimpiadasının gümüş mükafatçısı Rövşən Bayramov (55 kq), eləcə də Fuad Əliyev (60 kq), Elvin Mürsəliyev (74 kq) və Denis Mişin (96 kq) əliboş qalıblar.

Bundan öncə sərbəst güləşçilərimiz 4 qızıl, 1 gümüş, 1 bürünc, xanım pəhləvanlarımız isə 1 qızıl və 1 bürünc medala sahib çıxıblar.

Avropa çempionatında medala layiq görülən güləşçilərimiz:

Sərbəst güləş:
Zəlimxan Hüseynov (60 kq) - qızıl
Çamsulvara Çamsulvarayev (74 kq) - qızıl
Xetaq Qazyumov (96 kq) - qızıl
Əli İsayev (120 kq) - qızıl
Cəbrayıl Həsənov (66 kq) - gümüş
Novruz Temrezov (84 kq) - bürünc

Qadın güləşi:
Mariya Stadnik (48 kq) - qızıl
Zümrüd Qurbanhacıyeva (67 kq) - gümüş

Yunan-Roma güləşi:
Şalva Qadabadze (84 kq) - bürünc
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR