Bank Of Baku

Azərbaycan cüdoçuları Rusiya və Çexiyada keçiriləcək beynəlxalq turnirlərdə iştirak edəcəklər

Azərbaycan cüdoçuları Rusiya və Çexiyada keçiriləcək beynəlxalq turnirlərdə iştirak edəcəklər
# 14 aprel 2009 13:48 (UTC +04:00)
Bakı – APA. Aprelin 25-də Rusiyanın Sankt-Peterburq şəhərində gənclər, Çexiyanın Teplitse şəhərində isə yeniyetmə oğlan və qız cüdoçular arasında “A” kateqoriyalı beynəlxalq turnir start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, hər iki yarışda idmançılarımız iştirak edəcəklər.

Gənclərin turnirinə 18 cüdoçumuz yollanacaq. Bunlar Orxan Cəfərov, Elsevər Sadıxzadə (hər ikisi 55 kq), Vüqar Şirinli, Rasim Əsədullayev (hər ikisi 60 kq), Fəqan Eminoğlu, Rüstəm Orucov (hər ikisi 66 kq), Paşa Nəbizadə, Orxan Dünyamalıyev, Samiq Əhmədli (hər üçü 73 kq), Sain Məmmədov, Azər Ağayev (hər ikisi 81 kq), Tural Səfquliyev, Naim Allahverdiyev (hər ikisi 90 kq), Orxan Səfərov (100 kq), Fərid Babayev (+100 kq), həmçinin Ülviyyə Vəliyeva (48 kq), Turanə Seyidi (52 kq) və Gülsədəf Kərimovadır (57 kq). Cüdoçular tatami üzərinə milli komandanın məşqçiləri Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında çıxacaqlar.

Yeniyetmələrin yarışında 14 oğlan və 4 qız cüdoçumuz qüvvəsini sınayacaq. Rəşad Məmmədov və Rəşad Həsənovun başçılıq etdiyi heyətə Xəyal Mirzəzadə (46 kq), Pərviz Şükürov, Cavad Nəbiyev (hər ikisi 50 kq), Kamran Bağırov, Ceyhun Qatayev (hər ikisi 55 kq), Musa Xəlili, Mahir Cəfərli (hər ikisi 60 kq), Emin Şahbanov, Rəşad Pəncəli, Məhəmməd Hüşənov (hamısı 66 kq), Ruslan Fərruxzadə (73 kq), Kamran Hacıyev (81 kq), Səbuhi Axundov (90 kq), Andrey Fatiyev (+90 kq), eləcə də Ayişə Qurbanlı, Elvira Buttayeva (hər ikisi 48 kq), Şəfəq Muradzadə (52 kq) və Xanım Hüseynova (63 kq) daxildir.

Hər iki turnir iki gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR