Bank Of Baku

“Heydər Əliyev kuboku” turnirində 11 ölkənin boksçuları mübarizə aparacaq

“Heydər Əliyev kuboku” turnirində 11 ölkənin boksçuları mübarizə aparacaq
# 29 aprel 2009 14:15 (UTC +04:00)
Bakı – APA. Mayın 1-də Bakı İdman Sarayında yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku” uğrunda yarış başlanacaq. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, turnirdə 11 ölkənin nümayəndələri qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycan yığması ilə yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya, İrlandiya, İsrail və Ukrayna komandaları da mübarizə aparacaqlar. Ölkəmizin şərəfini 30 boksçu qoruyacaq. Turnirə mayın 5-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR