Bank Of Baku

Polşada keçiriləcək beynəlxalq turnirə qatılacaq milli komandamızın heyəti aşıqlanıb

Polşada keçiriləcək beynəlxalq turnirə qatılacaq milli komandamızın heyəti aşıqlanıb
# 04 may 2009 13:25 (UTC +04:00)
Bakı – APA. Boks üzrə Azərbaycan milli komandası Polşaya yollanır. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd mayın 5-də start götürəcək beynəlxalq turnirdə iştirak etməkdir.

Qarşıdakı yarışda 11 boksçumuz - Elvin Məmişzadə (48 kq), Nihad Seyidov (51 kq), Fərid Mansurov (54 kq), Elvin Əliyev (57 kq), Heybətulla Hacıəliyev (60 kq), Sərvan Əliyev (64 kq), Murad Ağamalıyev (69 kq), Emin Əhmədov (75 kq), Tərlan Abdullayev (81 kq), Vətən Hüseynli (91 kq) və Fərid Paşayev (+91 kq) döyüşəcək. Turnir mayın 10-da yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR