Bank Of Baku

Azərbaycan boksçuları Polşada 5 medal qazanıblar

Azərbaycan boksçuları Polşada 5 medal qazanıblar
# 12 may 2009 15:16 (UTC +04:00)
Polşanın Qrudziads şəhərində keçirilən boks üzrə beynəlxalq turnir Azərbaycan yığması üçün uğurlu alınıb. Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyevin apasport.az saytına verdiyi məlumata görə, yarışa 9 idmançı ilə qatılan milli komandamız 5 medal qazanıb.

Belə ki, həmvətənlərimizdən Nihat Seyidov, Elnur Zeynalov (hər ikisi 51 kq), eləcə də Heybətulla Hacıəliyev və Elvin Əliyev (hər ikisi 60 kq) bürünc medala sahib çıxıblar. Ən ağır çəkidə (+91 kq) döyüşən Fərid Paşayev isə daha yüksək nəticə göstərib. O, polşalı və fransalı rəqibin məğlub edərək, birinci yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR