Bank Of Baku

Azərbaycan güləşçiləri Türkiyədə 1 gümüş, 2 bürünc medal əldə ediblər

Azərbaycan güləşçiləri Türkiyədə 1 gümüş, 2 bürünc medal əldə ediblər
# 18 may 2009 06:59 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində yunan-Roma və sərbəst güləş üzrə gənclər arasında beynəlxalq turnir start götürüb. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilk gündə təmsilçilərimiz 3 medal qazanıblar.

Sərbəst güləş növündə 66 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov yalnız finalda uduzaraq, gümüş medala sahib çıxıb. Əfrahim Səfiyev (50 kq) isə bürünc medala layiq görülüb.

Yunan-Roma güləşi yığmamızın üzvü Səid Balabəyov (50 kq) da fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Bu gün 55, 74 və 120 kq çəki dərəcələrində mübarizə gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR