Bank Of Baku

Azərbaycan yığmalarının “Zəfər turniri” üçün heyəti açıqlandı

Azərbaycan yığmalarının “Zəfər turniri” üçün heyəti açıqlandı
# 26 may 2009 14:53 (UTC +04:00)
Bakı – APA. Mayın 29-da Türkiyənin İzmir şəhərində yeniyetmələr arasında yunan-roma və sərbəst güləş üzrə sayca 12-ci beynəlxalq “Zəfər turniri” keçiriləcək. Apasport.az saytının məlumatına görə, 17 ölkədən 400-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycanın idman şərəfini 21 güləşçi qoruyacaq.

Yunan-roma güləşində Bəhram Mürvətovun rəhbərliyi altında İlqar Cəfərzadə (42 kq), Emin Novruzov (46 kq), Eldəniz Əzizli (50 kq), Amil Əhmədov (54 kq), Hüseynqulu Gülümcanov (54 kq), Kamran Xıdırzadə (58 kq), Məmmədqulu Müzəffərov (63 kq), Toğrul Yunuslu (69 kq), Fuad Əliyev (76 kq) və Süleyman Babayev (85 kq) mübarizə aparacaq.

Əsgərxan Novruzovun baş məşqçisi olduğu sərbəst güləş yığmamızın heyətində isə tatami üzərinə Mircəlal Həsənzadə (42 kq), Çingiz Qaxacov (46 kq), Qalib Əliyev (50 kq), Toğrul Əsgərov (54 kq), Nurlan Hacıyev (58 kq), Hüseyn Nəsirov (58 kq), Firudin İsmayılov (63 kq), Ruslan Şükürov (63 kq), Kamran Yunusov (76 kq), Elcan Usubzadə (85 kq) və Əli Maqomedov (100 kq) çıxacaq. Turnirə martın 31-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR