Bank Of Baku

Azərbaycanın boks yığması Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın boks yığması Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq
# 29 may 2009 10:49 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın boks üzrə milli komandası Qazaxıstanın Uralsk şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. Bu haqda apasport.az saytına Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev məlumat verib.

1980-ci il Moskva Olimpiadasının gümüş mükafatçısı, Avropa çempionu Serik Konakbayevin şərəfinə təşkil olunacaq yarışda 10 boksçumuz döyüşəcək. Abıyev heyətin gələn həftə açıqlanacağını bildirib. Boskçularımız Uralska baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yollanacaqlar. Turnir 7-14 iyun aralığında gerçəkləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR