Bank Of Baku

Azərbaycan güləşçiləri Türkiyədə keçirilən beynəlxalq turnirin ilk günündə 5 medal qazanıblar

Azərbaycan güləşçiləri Türkiyədə keçirilən beynəlxalq turnirin ilk günündə 5 medal qazanıblar
# 30 may 2009 07:48 (UTC +04:00)
Bakı – APA. Türkiyənin İzmir şəhərində yeniyetmələr arasında yunan-roma və sərbəst güləş üzrə sayca 12-ci beynəlxalq “Zəfər turniri”nə start verilib. Apasport.az saytının məlumatına görə, 17 ölkədən 400-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günü Azərbaycan pəhləvanları 5 medal qazanıblar ki, bunlardan da 2-si qızıl, 3-ü bürüncdür.

Böyük məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında çıxış edən sərbəst güləşçilərimizdən 54 kq-da Toğrul Əsgərov keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq turnirin çempionu olub. Finalda o Gürcüstan təmsilçisi Zurab Yakovaşvilini məğlubiyyətə uğradıb. 42 kq-da çıxış edən Mircəlal Həsənzadə isə bürünc medala layiq görülüb.

Yunan-roma güləşçilərimiz də yarışa uğurla başlayıblar. Böyük məşqçi Bəhram Mürvətovun 3 yetirməsi mükafatçılar sırasına düşüb. 69 kq-da Toğrul Yunuslu ardıcıl qələbələr sayəsində finala çıxıb və həlledici görüşdə gürcüstanlı Laşa Dobadze üzərində qələbə qazanaraq çempion olub. 42 kq-da İlqar Cəfərzadə və 54 kq-da Tahir Niftəliyev turniri bürünc medalla başa vurublar.

Bu gün və sabah digər çəki dərəcələrində yarışan idmançılarımız döşək üzərinə çıxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR