Bank Of Baku

Elnur Məmmədli: “Tərəzi burda, mən burda, çəkimə baxa bilərsiniz”

Elnur Məmmədli: “Tərəzi burda, mən burda, çəkimə baxa bilərsiniz”
# 30 may 2009 11:05 (UTC +04:00)
Ötən ilin avqustunda Pekin Olimpiadasının qalibi olan 21 yaşlı idmançı həkimlərin icazəsi olmazsa, Dünya Kubokuna qatılmayacağını bildirib: “Bildiyiniz kimi, yaxınlarda ayağımdan cərrahiyyə əməliyyatı olunmuşdum. Dünən də təlim-məşq toplanışında həmin ayağımı əzmişəm, şişib. Çəki artırılmağıma gəlincə, bu, təbii prosesdir. Mən həmişə 81 kiloqramda çıxış etmişəm. Olimpiya oyunlarından öncə 15 kiloqram çəki saldım. Yenə bunu istəsəm də, həkimlər icazə vermədilər. Onlarla məsləhətləşdim, dedilər ki, çox çəki salmaq sağlamlığına ziyandır. Bu dəfə 3-4 kiloqram çəki salmışam. Çəkimin 96 kiloqrama qədər artması qətiyyən düz deyil. Bunlar boş söz-söhbətlərdir, elə şeylərə inanmayın. Tərəzi burda, mən burda. Gedək özümü çəkdirim, çəkimə baxa bilərsiniz”.

Məmmədli idmandan kənarda başqa, daha çox şou-xarakterli tədbirlərdə iştirakına belə münasibət bildirib: “Siz şou deyəndə nəyi nəzərdə tutursunuz? Məni sadəcə, idmandan kənar tədbirlərə dəvət edirlər. Onların qəlbini sındırmamaq üçün tədbirə gedirəm. Ancaq onlarla alış-verişim yoxdur”.

Xatırladaq ki, cüdoçularımızın iştirak edəcəyi Dünya Kuboku iyunun əvvəlində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR