Bank Of Baku

Azərbaycan güləşçiləri “Town of Sassari” turnirində 9 medal qazanıblar

Azərbaycan güləşçiləri “Town of Sassari” turnirində 9 medal qazanıblar
# 01 iyun 2009 07:24 (UTC +04:00)
Bakı – APA. İtaliyanın Sassari şəhərində keçirilən sayca 14-cü “Town of Sassari” beynəlxalq turnirinə yekun vurulub. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 20-dən artıq ölkə idmançılarının qüvvəsini sınadığı yarışda yığma komandamız 9 medal qazanıb.

Kişilərin yarışında Sakit Cəlilov (60 kq) 1-ci yeri tutub. Finalda uduzan Fərid Mansurov (74 kq) gümüşlə kifayətlənib. Rövşən Bayramovla (60 kq) Vitali Rəhimov (66 kq) isə üçüncü yerə sahib çıxıblar.

Qızların mübarizəsində isə Olesiya Zamula (63 kq) və Mariya Kaçina (67 kq) çempion olub. Yelena Komarova (55 kq) ilə Elvira Mürsəliyeva isə yarışı bürünc medalla başa vurublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR