Bank Of Baku

Azərbaycan boksçuları Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar

Azərbaycan boksçuları Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar
# 16 iyun 2009 13:05 (UTC +04:00)
Bakı – APA. Azərbaycan boksçularının Qazaxıstanın Uralsk şəhərində keçirilmiş beynəlxalq turnirdə çıxışı uğurlu alınıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, rinqə çıxan 11 həmyerlimizdən 5-i fəxri kürsüyə yüksəlib.

Belə ki, Rəhim Nəcəfov (54 kq) və Emil Məhərrəmov (69 kq) qızıl, Nahid Seyidov (51 kq) gümüş, Hafiz İsgəndərov (81 kq) və Elçin İsmayılov (+91 kq) isə Vətənə bürünc medalla qayıdıblar.

Turnirdə ümumilikdə, 107 boksçu qüvvəsini sınayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR