Bank Of Baku

Sabah Azərbaycan - ABŞ yoldaşlıq görüşü keçiriləcək

Sabah Azərbaycan - ABŞ yoldaşlıq görüşü keçiriləcək
# 09 iyul 2009 13:48 (UTC +04:00)
Bakı – APA. Sərbəst güləş üzrə Azərbaycan milli komandası mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-Pri" turnirinin final mərhələsinə hazırlığı davam etdirir. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, pəhləvanlarımız ABŞ yığmasının üzvləri ilə Bakıda birgə təlim-məşq toplanışı keçirlər.

Sabah isə hər iki ölkənin milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Qarşılaşmalar saat 12:00-da Bakı İdman Sarayında başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR