Bank Of Baku

Nokauta düşən daha bir boksçu dünyasını dəyişdi

Nokauta düşən daha bir boksçu dünyasını dəyişdi
# 28 iyul 2009 11:31 (UTC +04:00)
Bakı – APA. Daha bir boksçu dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı amerikalı dəri əlcək ustası Fransisko Monsivays nokautla uduzduğu döyüşdən bir sutka sonra vəfat edib. Onun ölümünə səbəbkar rinqdə görüşdüyü həmyerlisi Bobbi O’Bennon olub. 4 raunddan ibarət döyüşün sonlarında nokauta düşən Fransisko görüşdən dərhal sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, Monsivaysın peşəkar boksda ikinci döyüşü imiş. O, ilk döyüşünü bu ilin aprelində keçirib və ilk raundda texniki nokautla qələbə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR