Bank Of Baku

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
# 27 avqust 2009 16:31 (UTC +04:00)
Azərbaycanın qadın cüdoçusu Kifayət Qasımova Hollandiyanın paytaxtı Rotterdamda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı idmançımız yarışda ardıcıllıqla, İrina Zabludina (Rusiya), Sabrina Filzmoser (Avstriya) və Hedviq Karakası (Macarıstan) məğlub edərək, yarımfinala yüksəlib. Lakin onun finala gedən yolunu portuqaliyalı Telma Monteyro kəsib. Buna baxmayaraq, Qasımova 3-cü yer uğrunda görüşdə Rafaela Silvanı (Braziliya) üstələyib.

Bu gün mübarizə aparan digər cüdoçumuz Elçin Qasımov (73 kq) ilk mərhələdə uduzaraq, çempionatla erkən vidalaşıb. Dünən isə Sərxan Əhmədov (66 kq) medalsız qalmışdı. Avqustun 30-dək davam edəcək yarışda daha 3 təmsilçimiz - Ramin Qurbanov (81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) qüvvəsini sınayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR