Bank Of Baku

Azərbaycan boksçularının dünya çempionatında rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının dünya çempionatında rəqibləri müəyyənləşib
# 01 sentyabr 2009 08:12 (UTC +04:00)
Bakı – APA. İtaliyanın Milan şəhərində təşkil olunan boks üzrə dünya çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək yarışda Azərbaycan idmançılarının da rəqibləri müəyyənləşib.

Çempionata qatılan 10 boksçumuzdan 9-u mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Yalnız Ramal Amanov birbaşa 1/16 finalda döyüşmək hüququna malikdir. Həmyerlilərimizdən bu gün Nihad Seyidov rinqə çıxacaq. O, günorta saatlarında yerli idmançı Vinçenzo Pikardini sınağa çəkəcək. Çempionat sentyabrın 12-dək davam edəcək.

48 kq (46 boksçu), təsnifat mərhələsi
3 sentyabr
Elvin Məmişzadə - Sinx Toçk (Hindistan)

51 kq (50 boksçu), təsnifat mərhələsi
1 sentyabr
Nihad Seyidov - Vinçenzo Pikardi (İtaliya)

54 kq (55 boksçu), təsnifat mərhələsi
2 sentyabr
Rəhim Nəcəfov - Con Nevin (İrlandiya)

57 kq (57 boksçu), təsnifat mərhələsi
3 sentyabr
İlkin Ağayev - Luis Porozo (Ekvador)

60 kq (55 boksçu), təsnifat mərhələsi
2 sentyabr
Ruslan Qasımov - Everton Lopes (Braziliya)

64 kq (56 boksçu), 1/16 final
4 sentyabr
Ramal Amanov - Aleksis Vastin (Fransa)

69 kq (55 boksçu), təsnifat mərhələsi
3 sentyabr
Emil Məhərrəmov - Həbib Əhməd (Qana)

75 kq (62 boksçu), təsnifat mərhələsi
2 sentyabr
Fərid Ağayev - Stipiça Brekalo (Xorvatiya)

81 kq (46 boksçu), təsnifat mərhələsi
4 sentyabr
Elnur Qədirov - Dauqirdas Semiotas (Litva)

91 kq (46 boksçu), təsnifat mərhələsi
3 sentyabr
Elçin Əlizadə - Manqanyi Masana (CAR)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR