Bank Of Baku

Azərbaycan bayrağı Ermənistanda qaldırılıb

Azərbaycan bayrağı Ermənistanda qaldırılıb
# 09 sentyabr 2009 11:30 (UTC +04:00)
Bakı – APA. Gənc cüdoçulardan ibarət Azərbaycan yığma komandası artıq Ermənistanın paytaxtı İrəvandadır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumatına görə, 5 idmançının yer aldığı Azərbaycan nümayəndə heyəti 3 ulduzlu “Gongress” otelində məskunlaşıb. Azərbaycanlı nümayəndələr Ermənistanın təhlükəsizlik xidməti əməkdaşları tərəfindən qorunurlar.

Yığma komandamızın baş məşqçisi Ağayar Axundzadənin bildirdiyinə görə, narahatçılığa heç bir əsas yoxdur. O, bildirib ki, nümayəndə heyəti yüksək səviyyədə qorunur.

Cüdoçularımız bu gün İrəvanda ilk məşqlərini də keçiriblər. İdmançılarımızın hazırlığı üçün Avropa birinciliyinin keçiriləcəyi arena Karen Dəmirçiyan adına İdman Konsert Kompleksi ayrılıb. Sevindirici haldır ki, heyətdə yer alan hər cüdoçu yalnız qızıl medal haqda düşünür. Bu, yığmanın rəhbərliyini də sevindirməyə bilməz.

Avropa birinciliyinin keçiriləcəyi arenada son tamamlanma işləri aparılır. Təşkilatçıların bildirdiyinə görə, artıq sabah arena tam hazır olacaq. Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistan Cüdo Federasiyasının nümayəndəsinə Karen Dəmirçiyan adına kompleksdə asılması üçün Azərbaycan bayrağı da təqdim edilib.

Qeyd edək ki, daha əvvəldən Azərbaycan komandası ilə birlikdə Türkiyə və İsrail yığmalarının eyni mehmanxanada qalacağı bildirilmişdi. İsrail cüdoçuları artıq İrəvandadırlar. Türkiyə komandası isə Ermənistana bu gün gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR