Bank Of Baku

Azərbaycan cüdoçuları Ermənistanda keçirilən Avropa çempionatında yarımfinala çıxıblar

Azərbaycan cüdoçuları Ermənistanda keçirilən Avropa çempionatında yarımfinala çıxıblar
# 11 sentyabr 2009 10:39 (UTC +04:00)
Yarışın ilk günü 3 həmvətənimiz qüvvəsini sınayır.

55 kq

İlqar Müşkiyev mübarizəyə ikinci mərhələdən başlayıb. O, çətinlik çəkmədən Viktor Qarsiyanı (İspaniya) məğlub edib. Öncə yuka fəndi işlədən İlqar ardından ippon sayəsində “təmiz qələbə” qazanaraq, 1/4 finalda iştirak hüququna yiyələnib. Müşkiyev növbəti rəqibi - fransalı Maksim Dufonu də sıradan çıxarıb. Yarımfinalda təmsilçimiz Kosmin Lazareanla (Rumıniya) güləşəcək.

60 kq

Rasim Əsədullayev da Müşkiyev kimi, tatami üzərinə ikinci mərhələdə çıxıb. Həmyerlimiz birinci görüşdə ukraynalı Artyom Xarçenkoya heç bir şans verməyib. O, 2-ci dəqiqə 14-cü saniyədə Artyomu ippon fəndinə salıb. Əsədullayev 1/4 finalda Andreas Krassasla (Kipr) qarşılaşıb. Gərgin keçən görüşdə cüdoçumuz yuka fəndi ilə qalib gəlib. Bununla da, Rasim İrəvanda Azərbaycan bayrağını yüksəltməyə, himnimizi səsləndirməyə yaxındır. Bundan ötrü o, ilk növbədə yarımfinalda Floren Uranini (Fransa) məğlub etməlidir.

66 kq

Bu çəki dərəcəsində Fəqan Eminoğlu debütdə uğur qazanıb. O, estoniyalı Evert Roopsonu məğlub edib. Cüdoçumuz 1/8 finalda Çedrik Bessi (Çernoqoriya) ilə güləşib və cəmi 48 saniyəyə rəqibi ippon fəndinə salıb. Daha sonra Fəqan Macarıstan idmançısı Zsolt Qorjanatsı üstələyərək, yarımfinala adlayıb. Eminoğlu finala vəsiqə uğrunda ukraynalı Artyom Bulıqa ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamızın digər üzvləri Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) qarşıdakı günlərdə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR