Bank Of Baku

Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında 2 gümüş, 1 bürünc medal qazanıblar

Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında 2 gümüş, 1 bürünc medal qazanıblar
# 23 sentyabr 2009 07:48 (UTC +04:00)
Bakı – APA. Danimarkanın Herninq şəhərində start götürən dünya çempionatında bu gün kişi sərbəst güləşçilərin mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının xəbərinə görə, yarışların üçüncü günündə milli komandamızın sonuncu üzvü tatami üzərinə çıxacaq. 74 kq çəki dərəcəsində Çamsulvara Çamsulvarayev güləşəcək.

Məlumat üçün bildirək ki, kişi sərbəst güləşçilərimiz indiyədək 3 medal qazanıblar. Finalda uduzan Xetaq Qazyumovla (96 kq), Zəlimxan Hüseynov (60 kq) gümüş, Şərif Şərifov (84 kq) isə bürünclə kifayətlənib. Namiq Sevdimov (55 kq), Cəbrayıl Həsənov (66 kq) və Əli İsayev (120 kq) fəxri kürsüyə yüksələ bilməyiblər.

Bu gün qadın güləşçilər də mükafatlar uğrunda qüvvəsini sınayacaqlar. Azərbaycan yığmasının heyətində Mariya Stadnik də mübarizəyə qoşulacaq. Artıq idmançımızın rəqibi müəyyənləşib. Digər qadın güləşçilərimizdən Sona Əhmədli (55 kq), Yuliya Radkeviç (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanovanın (72 kq) rəqibləri hələlik bəlli deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR