Bank Of Baku

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandığı medalların sayı 7-yə çatıb

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandığı medalların sayı 7-yə çatıb
# 25 sentyabr 2009 07:47 (UTC +04:00)
Bakı – APA. Danimarkanın Herninq şəhərində təşkil olunan dünya çempionatında qadın güləşçilərin mübarizəsi davam edir. Apasport.az saytının xəbərinə görə, yarışların dördüncü günü Azərbaycan yığmasının iki üzvü fəxri kürsüyə yüksəlib.

55 kq çəkidə uğurlu start götürən Sona Əhmədli yalnız finalda uduzub. O, həlledici qarşılaşmada yaponiyalı Saori Oşida ilə mübarizədən məğlub ayrılaraq, gümüş medalla kifayətlənib. Finaladək məğlubiyyətsiz irəliləyən Yuliya Ratkeviç (59 kq) isə qızıl medal uğrunda polşalı güləşçiyə qalib gələrək, dünya çempionu tituluna sahib çıxıb. Digər idmançımız Olesya Zamulaya gəlincə, o, ilk cəhdində Yaponiya təmsilçisi Mio Nişimakiyə yenilib. Ancaq yaponiyalı finaladək irəlilədiyindən Olesya təsəlliverici görüşlərə qatılıb. Güləşçimiz burada da uğursuz çıxış edərək, bürünc medala sahib çıxa bilməyib.

Beləliklə, Azərbaycan yığmasının dünya çempionatında qazandığı medalların sayı 7-yə çatıb. Daha öncə Mariya Stadnik (48 kq) qızıl, Zəlimxan Hüseynov (60 kq), Xetaq Qazyumov (96 kq) və Çamsulvara Çamsulvarayev (74 kq) gümüş, Şərif Şərifov (84 kq) isə bürünc medal qazanıb.

Bu gün daha 2 pəhləvanımız – Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) mübarizəyə qoşulacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR