Bank Of Baku

Marneulidə kik-boksinq üzrə beynəlxalq turnir keçirilib - FOTOSESSİYA

Marneulidə kik-boksinq üzrə beynəlxalq turnir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 sentyabr 2009 19:35 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Marneulidə məşhur Borçalı pəhləvanı, dünya çempionu Rəşid Yusifovun anadan olmasının 99 illiyi münasibətilə kik-boksinq üzrə beynəlxalq açıq turnir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, turnirdə Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının və Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutan turnirə Azərbaycanın Yevlax və Ucar, Gürcüstanın Tiflis, Marneuli, Zuqdidi və Saqareco (Qaraçöp) bölgələrindən olan kik-boksinq üzrə döyüşçülər qatılıblar.

Yevlax və Ucardan gəlmiş idmançılar Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq 5 qızıl və 1 gümüş medala sahib çıxıblar. 85 kq çəki dərəcəsində çıxış dən 8 dəfə Azərbaycan çempionu, 1 dəfə Dünya və MDB çempionu Natiq Əlizadə Saqarecodan olan soydaşımız Samir Şirinovla üz-üzə gəlib. N.Əlizadə rəqibinə asanlıqla qalib gələrək qızıl medala sahib olub. Digər Azərbaycan döyüşçüləri Cavid İslamov (50 kq), Fəxri Qarayev (30 kq), Cavid Mustafayev (25 kq) və Cahandar Pərvanəyev (20 kq) də qızıl medala layiq görülüblər. Ucardan olan Rövşən Ağayev (60 kq) isə təcrübəli gürcü idmançısı Karlo Canikaşviliyə uduzaraq II yerə çıxıb və gümüş medala sahib olub.

Qeyd edək ki, turnirdə Gürcüstanın Saqareco (Qaraçöp) və Marneuli bölgələrini təmsil edən idmançıların hamısı azərbaycanlılar olub. Onlardan Həsən Həsənov, Polad Orucov, Seymur Qarayev, Nemət Əhmədov, Cavid Süleymanov keçirdikləri bütün döyüşlərdə rəqiblərinə qalib gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR