Bank Of Baku

Masallıda yeniyetmələrin güləş üzrə zona turniri keçirilib

Masallıda yeniyetmələrin güləş üzrə zona turniri keçirilib
# 08 oktyabr 2009 19:42 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Masallı Olimpiya İdman Kompleksində 14-16 yaşlı yeniyetmələr arasında idmanın sərbəst və yunan-Roma güləşi üzrə zona turniri keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan Güləş Federasiyasının və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda Azərbaycanın 18 şəhər və rayonundan 200 nəfərədək idmançı sərbəst güləş üzrə, 8 rayonundan isə 100-dən çox idmançı yunan-Roma güləşi üzrə 10 çəki dərəcəsində qüvvəsini sınayıb. Sonda daha yaxşı nəticə göstərən güləşçilərə turnirin təşkilat komitəsi tərəfindən diplom, medal və pul mükafatları verilib.

Masallı rayon Gənclər və İdman İdarəsindən APA-nın yerli bürosuna bildirilib ki, zona turnirinin mükafatçıları noyabr ayında Rəşid Məmmədyarovun xatirəsinə həsr olunmuş respublika turnirində çıxış etmək hüququ da qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR